Bu blogdaki popüler yayınlar
Beynəlxalq müəllim lisenziyası və sertifikatı
Qlobal müəllim çatışmazlığı və lisenziyalı müəllimlərə tələbatın yüksək olduğu yerlərlə bağlı məlumatı müəllim və müəllim olmağı hədəfləyən dostlarla bölüşürəm. Bu postu oxuyan hər bir müəllimə 3 sualım var: 1. Hansı beynəlxalq (akreditəyə ehtiyacı olmayan) sertifikata sahibsiniz ? 2. Hansı beynəlxalq sertifikata sahib olmaq məqsədiniz var ? 3. Hazırda müəllim çatışmazlığı olan ölkələrdə peşəniz üzrə fəaliyyət göstərmək istəyirsinizmi ? ♧ Müəllim çatışmazlığı bir ölkənin sərhədləri ilə məhdudlaşmır. Bu, həqiqətən də qlobal problemdir. Əslində, YUNESKO bildirib ki, BMT-nin universal təhsillə bağlı iddialı məqsədi dünya üzrə 69 milyon yeni müəllim olmadan uğursuz olacaq. ♧ Dünyada məktəbə getməyən təxminən 265 milyon uşağa dərs vermək üçün 24,4 milyon ibtidai sinif müəllimi və 44,4 milyon orta məktəb müəllimi lazımdır. ♧ Məsələ təkcə inkişaf etməkdə olan dünya ilə məhdudlaşmır. Avropada Almaniyada 40,000 müəllim çatışmazlığı var, halbuki İngiltərənin artan şagird sayını ...
Yorumlar
Yorum Gönder